Dünya futbolu
"Liverpul"da xoşbəxtəm"

05.11.2026 | 15:00
“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister gələcəyi ilə bağlı açıqlama verib.
Sports.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu klubda qalmaq istədiyini bildirib:
“Müqaviləmin müddətinin başa çatmasına hələ il yarım vaxt var. Ötən mövsüm mənə sözləşmənin yenilənməyəcəyi bildirildi. Bu, məni çox məyus etdi. Amma hələ vaxt var. “Liverpul”da qalmağı çox istəyirəm. Baş məşqçimiz, idman direktorumuz dəyişib, yeni investorlar gəlib. Vəziyyət hələ dəyişə bilər. Görək, nə baş verəcək. “Liverpul”da xoşbəxtəm”.
“Liverpul” 2023-cü ildə Makallisteri “Brayton”dan 42 milyon avroya transfer edib. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Son xəbərlər





























