“Barselona”dan “Real” üzərində 100-cü qələbə

İspaniya La Liqasının 26-cı turunun “Real”la ev oyunu “Barselona” üçün əlamətdar olub.

Sports.az xəbər verir ki, Kataloniya təmsilçisi “el klasiko”lar tarixində 100-cü qələbəsini qazanıb.

Madrid klubu “Barselona”ya 101 dəfə qalib gəlib. 52 matçda isə heç-heçə qeydə alınıb. Qolların nisbətində isə “Barselona”nın üstünlüyü var - 425:420.

Xatırladaq ki, "Barselona" - "Real” matçı kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar