“Yuventus” 46 il əvvəlki uğurunu təkrarladı

“Yuventus” İtaliya A Seriyasının 27-ci turunda “İnter”i 1:0 hesabıyla məğlub edib.

Sports.az xəbər verir ki, Turin təmsilçisi 1976/77 mövsümündən sonra ilk dəfə İtaliya çempionatında “İnter”i iki dəfə məğlub edib.

46 il sonra bunu bacaran turinlilər Milan təmsilçisi ilə mövsümün ilk matçını da 2:0 hesablı qələbə ilə başa vurmuşdular.

“Qoca sinyora” hazırda İtaliya çempionatının turnir cədvəlində 41 xalla yeddinci, “İnter” isə 50 xalla üçüncüdür. “Yuventus”un məlum səbəblərdən 15 xalı silinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar