\"Mançester Yunayted\" 50 milyon avroya müdafiəçi alır?

Footmercato nəşrinin məlumatına görə "Mançester Yunayted" "Monako"nun müdafiəçisi Aksel Disasini transfer etmık istəyir.

Disasi müdafiənin mərkəzində hava mübarizələrində güclü olan bir futbolçu axtaran mançesterlilərin kriteriyalarına uyğun  gəlir.

Bir neçə həftə öncə klubların nümayəndələri bu transferi müzakirə etmək üçün görüşüb. Disasinin keçidi 50 milyon avroya qiymətləndirilir.

25 yaşlı müdafiəçi bu mövsüm "Monako"da 39 oyunda meydana çıxıb, 5 qol və 4 məhsuldar ötürmə aktivinə yazdırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar