"Latsio" fanatlarından irqçilik

"Latsio" fanatları "Roma" ilə oyunda antisemit şüarlar səsləndirib. 

A Seriyasının 27-ci turu çərçivəsində keçirilmiş Roma derbisində "qartallar"ın fanatları "Gedin Sinaqoqa dua edin, mən sizə həmişə qaçmağa imkan verəcəm" qışqırıb. Onlardan biri oyuna arxasında Hitlersson yazılmış 88 nömrəli "Latsio" futbolkası ilə gəlib.

Romanın yəhudi icmasının rəhbəri Rut Dureqello bu hərəkətləri pisləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar