“Sevilya”da baş məşqçi dəyişikliyi

“Sevilya” baş məşqçisi Xorxe Sampaolini istefaya göndərib.

Sports.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

63 yaşlı mütəxəssis 2022-ci ilin oktyabrından “Sevilya”ya rəhbərlik edirdi. Komanda argentinalı məşçqinin rəhbərliyi altında bütövlükdə 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb. “Sevilya” La Liqada keçirdiyi 26 oyundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Artıq yeni baş məşqçi də məlumdur. Klub rəhbərliyi Sampaolini Xose Luis Mendilibarla əvəz edib. İspaniyadan olan 62 yaşlı mütəxəssislə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. 

Mendilibar son olaraq İspaniyanin “Alaves” komandasının baş məşqçisi olub. O, 2022-ci ilin aprelindən bəri işsiz idi. Təcrübəli mütəxəssis daha öncə “Eybar”, “Levante”, “Osasuna”, “Valyadolid”, “Atletik” kimi komandalara rəhbərlik edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar