“Milan” Messiası icarəyə verdi

“Milan”ın futbolçusu Junior Messiası klubunu dəyişib.

Sports.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Cenoa”ya keçib. Braziliyalı futbolçu 2024-cü ilin yayına qədər icarə əsasında “Cenoa”da çıxış edəcək.

Qeyd edək ki, Messias 2021-ci ilin yayından “Milan”da çıxış edirdi. O, “Krotone”dən transfer edilmişdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar