Futbol
"Fənərbağça" Fredin transferini açıqladı

13.08.2023 | 21:32
“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
Sports.az xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Yunayted”in yarımmüdafiəçisi Fredi transfer edib. “Fənərbağça” Fred üçün qarşı tərəfə 10 milyon avro təzminat ödəyəcək. 30 yaşlı futbolçuyla 4+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Fred 2018-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, son mövsüm ərzində 56 matçda iştirak edib, 6 qol və eyni sayda assistlə fərqlənib.