Futbol
“Mançester Siti” 18 yaşlı futbolçuyla yeni müqavilə bağladı

15.08.2023 | 19:45
“Mançester Siti” futbolçusu Riko Lyuislə yeni müqavilə bağlayıb.
Sports.az xəbər verir ki, 18 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2028-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Lyuis ötən yaydan “şəhərlilər”in əsas komandasında çıxış edir.