Futbol
“Arsenal” David Rayanı icarəyə götürdü

15.08.2023 | 20:53
“Arsenal” rəsmi saytında David Rayanı transfer etdiyini açıqlayıb.
Sports.az xəbər verir ki, “topçular” 27 yaşlı qolkipe “Brentford” klubundan icarəyə götürüb. Raya yeni klubunda 22-ci nömrə altında çıxış edəcək.
Qeyd edək ki, David Raya ötən mövsüm “Brentford”un heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 47 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.