“Qurban Qurbanov sisteminə uyğun olmadığımı dedi” - “Qarabağ”ın legioneri

Sports.az sizi “Qarabağ"ın futbolçusu, hazırda ikinci komanda ilə məşqlər edən Qaspar Panaderonun müsahibəsi ilə tanış edir:

- Uzun müddətdir əvəzedici komanda ilə birlikdəsən. Hazırlığın necədir?
- 2 aya yaxındır əvəzedicilərlə məşq edirəm. Süni örtüklü meydançalarda hazırlaşırıq. Düzü, şərtlər o qədər də əlverişli deyil. Buna baxmayaraq, fiziki formam yerindədir. Məşqlərdən kənar evdə çalışıram, idman zalına da gedirəm. Buna görə fiziki durumum yaxşıdır.

- "Qarabağ"a böyük ümidlərlə transfer edilmişdin. Özünü göstərə bilməməyində səbəb nədir?
- Artıq 1 ildən çoxdur Azərbaycandayam. Futboldur, belə şeylər olur. Doğrudan da, öz bacarığımı, səviyyəmi göstərə bilmədim. Hələ gəncəm. Üzərimdə durmadan çalışıram. Ümid edirəm ki, yeni şanslar olacaq. Bir şeyi də qeyd edim ki, öz bacarığımı göstərmək üçün kifayət qədər oynamaq imkanım da olmayıb. Ancaq Azərbaycan çempionatında ümumilikdə 4-5 oyunda olmuşam. Futboldur, belə hadisələr çox olur.

- Burda şans qazanmırdın və Kiprin AEK klubuna icarəyə verildin. Larnaka klubundakı təcrübən sənə nələri qazandırdı?
- Kiprdə özümü yaxşı hiss edirdim. Düzdür, gedəndə də kiçik zədəm var idi. Sonradan bir çox oyunlarda forma geyindim. Kubok matçlarında start heyətdə yer aldım. 2 qol vura bildim. Futbol baxımından Kipr mənim üçün yaxşı oldu. Bu dönəmi pozitiv hesab edirəm.

- İspaniyadan Azərbaycana gəlməklə səhv addım atdığını düşünürsən?
- Belə düşünmürəm. Azərbaycana gəldiyimə peşman deyiləm. "Qarabağ" kimi böyük komandada yer aldım. Bəzən hər şey istədiyim kimi alınmır. Futbolda belə şeylər olur. Başına nələrin gələcəyini bilmirsən. Heç bir peşmançılığım yoxdur.

- Bu yay adın İspaniya klubları ilə hallanırdı. Real təklif var idi?
- Düzdür, İspaniyadan maraq var idi. Məni transfer etmək istəyən klublar var idi. Həm maddi baxımdan, həm də ciddi hədəfləri olmadığı üçün klublarla razılaşa bilmədim. Təkliflər məni cəlb etmədi. Tələblərimə uyğun təkliflər yox idi.

- Ayrılmağı düşünürsən?
- Ümid edirəm ki, həm məni, həm də klubu razı salacaq təklif olacaq. Ciddi bir şey olmadığı təqdirdə, müqaviləmin sonuna qədər burada qalacam. Peşəkar oyunçuyam. Hər gün əlimdən gələni edirəm və belə də davam edəcəm.

- "Qarabağ"ın Avroliqanın G qrupundakı şanslarını necə dəyərləndirirsən?
- Qruplarda hər zaman yaxşı komandalar olur. "Qarabağ"ın ciddi rəqibləri var. Komandanın da çox yaxşı heyəti var. Qruplara qədərki oyunlarda göstərilən oyun ümid verir, parlaqdır. İnanıram ki, "Qarabağ" mümkün qədər irəli gedəcək.

- Baş məşqçi Qurban  Qurbanov hər zaman gənclərə dəstək olub. Səninlə söhbət edib, məsləhətlər verirmi?
- Qurbanovla sonuncu dəfə ötən qış danışmışam. Mənə planlarından danışdı, onun sisteminə uyğun olmadığını söylədi. Bildirdi ki, əsas heyətdə yer almayacam. Özümə yeni klub axtarmağı məsləhət gördü. Mən də Kiprdən təklif gələn kimi qəbul etdim.

- Yenidən əsas komandaya qayıtmağına ümid var?
- Mən əlimdən gələni edirəm, çalışıram. Ümidimi itirmirəm. Necə olacağını bilmirəm. Futboldur, hər şey ola bilər. Bunlara hazırlıqlı olmaq lazımdır. (Futbolpress)

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar