Futbol
Kostiç “Kristal Pelas”a keçə bilər
28.06.2024 | 09:00
“Yuventus”un və Serbiya yığmasının 31 yaşlı sol vingeri Filip Kostiç “Kristal Pelas”a keçə bilər.
Sports.az xəbər verir ki, “qartallar” futbolçunu diqqətlə izləyirlər.
London komandasının baş məşqçisi Oliver Qlasner futbolçunun keçidində maraqlıdır, belə ki, onlar əvvəllər Frankfurt “Ayntraxt”ında birgə çalışıblar və avstriyalı mütəxəssis serb futbolçunun imkanlarını yüksək qiymətləndirir.
Kostiçi Türkiyə klubları – “Fənərbaxça” və “Qalatasaray”ın da izlədiyi bildirilir.