“Qarabağ” daha bir zəfər üçün Nantda

Oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransada "Nant"la qarşılaşacaq "Qarabağ"ı Bakıdan gətirən təyyarə Nantın Atlantik aeroportuna enib. 

Sports.az xəbər verir ki, komandamızı Nantda yaşayan həmyerlilərimiz qarşılayıb. 

Azərbaycan çempionunu coşquyla qarşılayan soydaylaşlarımız Avropa meydanlarındakı qürurumuza uğurlar arzulayıb.

Azarkeşlər hazırda Nantdakı hava limanında olan Sports.az saytının rəhbəri Anar Şabanoğlu ilə söhbətdə çempionumiza oktyabrın 27-də tribunalardan gərəkən dəstəyi verəcəklərini bildiriblər.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" oyununa Bakı vaxtı ilə saat 23.00-da start veriləcək.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar