"Qarabağ" liderini itirə bilər

"Qarabağ" liderini itirə bilər


"Olimpiakos"la bu mövsüm son avrokubok oyununa hazırlaşan "Qarabağ"ı aparıcı futbolçuların tərk edəcəyi ilə bağlı söz-söhbət səngimək bilmir.
İndi də Juninyonun gedişindən sonra komandanın lideri deyə biləcəyimiz Yassin Benzianın xarici klublardan təklif aldığı və getməyi düşündüyü haqda xəbərlər gəlir.
Bir neçə gün öncə anasını itirən əlcəzairli oyunçunun psixoloji durumunun yaxşı olmadığı, özünü xoşbəxt hiss etmədiyi bildirilir. Media Benzianın Qətər klubundan real təklifi olduğunu yazır.
"Qarabağ"ın "düşünən beyni" olan 30 yaşlı yarımmüdafiəçinin komandadan getmək istədiyi deyilən digər veteran legioner - Kevin Medina kimi klubla müqaviləsi bu yay bitir.
Ağdamlılar bu futbolçulardan az da olsa, qazanc əldə etmək istəyirsə, indi onları buraxmağın tam zamanı. Bir də, 5 ay sonra müqaviləsi bitən futbolçunun könlü yoxdursa, onu saxlamağın nə mənası?!
Benzianın bir müddət formasını geyindiyi "Olimpiakos"la matçdan sonra klubu tərk edib-etməyəcəyi bilinəcək.
Həmçinin Kevin Medina və başqalarının da taleyinə qış transfer pəncərəsi bağlananacan aydınlıq gələcək. 

Son xəbərlər
"Gəncədə bizi nəyin gözlədiyini bilirik" - Rəşad Sadıqov
Millimizin üzvü Belçikadan təklif alıb?
Cüdo millimizdən rekord nəticə
Palmerlə müqavilə uzadıldı
"Turan Tovuz" 3 xalı 1 qolla qazandı
Daha bir boksçumuz qitə çempionu oldu
Ronaldo millidən kənarlaşdırıldı
"Neftçi" gərgin mübarizədə "Ordu"nu uddu -ABL-də turun nəticələri
"Kür" EHF Avropa Kubokunda mərhələ adladı
"Qarabağ" "İmişli"ni məğlub etdi
"Real"dan qələbə, "Barselona"dan darmadağın
Messi və Suares qocalmaq bilmir
Cəmilə Muradlı Avropa çempionu oldu
"Mançester Yunayted"dən uğursuz start
"İmişli" - "Qarabağ": Heyətlər
"Fənərbağça"dan inamlı səfər qələbəsi
Mingəçevirdə avrokubokun cavab matçı keçiriləcək
1000-ci oyuna aparan yol
"Qarabağ" bu gün 1000-ci oyununa çıxacaq
"Liverpul" - "Mançester Siti" oyunu hansı telekanalda -TV Proqram
"Slaviya" bu oteldə məskunlaşacaq
1000-ə nə qaldı?
"Qaradəniz derbisi" "Trabzonspor"un
"Çelsi"dən darmadağın
Mahir Emrelinin komandası uduza-uduza gedir
"Gəncəbasar" itkisiz irəliləyir
"Kür" APOEL-i darmadağın etdi
Zirədə sülh, Sumqayıtda darmadağın
Avropa Avarçəkmə Federasiyasının prezidenti Su İdmanı Federasiyasında olub
Cüdo üzrə dünya çempionatında daha 2 medal
DAHA ÇOX

Ən çox oxunanlar