“Frayburq” Bakıya yola düşdü – FOTOLAR

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olacaq Almaniyanın “Frayburq” komandası Azərbaycana yola düşüb.

Sports.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında məlumat verilib.

Almaniya klubunun üzvləri bu gün axşam saatlarında oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

Sabah keçiriləcək “Qarabağ” – “Frayburq” matçına saat 21:45-də start veriləcək.

Son xəbərlər

DAHA ÇOX

KÖŞƏ

Ən çox oxunanlar