Qurbanovla Abbasov matçdan öncə şəhidlər xiyabanında – FOTOLAR

Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış, bu gün baş tutacaq “Turan Tovuz” – “Qarabağ” oyunundan öncə Peşəkar Futbol Liqası klublar və futbol ictimaiyyəti ilə birgə şəhidlərin xatirəsini yad edib.

Sports.az xəbər verir ki, Peşəkar Futbol Liqasının əməkdaşları, şəhid ailələri, qazilər, “Turan Tovuz” və “Qarabağ” klublarının üzvləri, Futbolun İnkişafı Fondunun nümayəndələri, hakimlər və hakim inspektorların iştirakı ilə keçirilən tədbirdə ilk olaraq Tovuz şəhər stadionunun ərazisində yerləşən şəhid İlqar Zeynallının (“Turan Tovuz”un keçmiş futbolçusu) abidəsi, ardından Tovuz şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib.

Ehtiram əlaməti olaraq abidələr önünə gül çələngi qoyulub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar