Cüneyt Çakır son oyununu idarə etdi

Bu ilin avqustunda hakimlik karyerasını başa vuran Cüneyt Çakırı sonuncu dəfə oyun idarə edib.

Sports.az xəbər verir ki, o, Türkiyə və Çexiya milli komandaları arasında bu gün keçirilən matçın birinci hissəsində ilk 5 dəqiqənin baş hakimi olub.

Daha sonra görüş Villiam Kolluma tapşırılıb. Bununla da Çakır hakimlik karyerasında sonuncu oyununu idarə edib.

Xatırladaq ki, Çakır 2006-cı ildən FİFA referisi idi. O, karyerasında ümumilikdə 1679 matç idarə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar