“Neftçi” - “Səbail” matçı 1 manata

Premyer Liqanın 15-ci turu çərçivəsində noyabrın 27-də saat 16:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.

Sports.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

//iticket.az/events/sport/neftci-pfk-sebail-fk1/79891

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar