“Kəpəz” kubok oyununa itkilərlə çıxacaq

“Kəpəz” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna itkilərlə çıxacaq.

Sports.az xəbər verir ki, zədə səbəbindən Samir Məhərrəmli, Əfran İsmayılov və Elvin Yunuszadə bu matçda iştirak edə bilməyəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Məhərrəmli və İsmayılov sağalsalar da, oyuna hazır deyillər.

“Kəpəz” – “Sumqayıt” oyununa saat 14:00-da start veriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar