"Qarabağ" pleyoffda?

"Qarabağ" pleyoffda?

 

"Qarabağ"ın Çempionlar Liqasının pley-offuna yüksəlməsi son turdakı 10 oyunun nəticəsindən asılıdı.

Hazırda 10 xalla 18-ci pillədə olan komandamızın Liqa mərhələsindən çıxa bilməmək ehtimalı çox azdır.

Bunun üçün ilk növbədə biz "Liverpul"a uduzmalıyıq. Belə olacağı təqdirdə, pleyoffa düşə bilməməyimiz üçün nələr yaşanmalıdı?

"Marsel" və "Brügge" son turda bir-biri ilə qarşılaşdığından onlardan ən azı biri istənilən nəticədə "Qarabağ"ı keçməyəcək. Yekunda hər 2 komandanın Azərbaycan çempionundan geridə qalmaq ehtimalı da var. Bunun üçün 7 xalı olan "Brügge" qələbə qazanmalıdı. Belçikalıların top fərqi (-5) "Qarabağ"dan (-2) daha pisdi. Və xallar bərabərləşsə belə, top fərqi ilə də rəqibdən öndə ola bilərik. 

"Bayer" və "Monako"nun hərəyə 9 xalı var. Onların son turdakı rəqibləri ilə heç-heçə edəcəyi təqdirdə "Qarabağ"ı keçməsi nəzəri cəhətdən mümkündü. 

"Monako" "8-lik" uğrunda mübarizə aparan "Yuventus"un müqavimətini qırmağa çalışacaq. Amma turinlilərə məqsədlərinə çatmaq üçün yalnız qələbə lazımdı.

"Bayer" turnir motivasiyası qalmayan "Vilyarreal"ı yəqin ki, məğlub edəcək.

Amma leverkuzenlilər bu oyundan 1 xalla ayrılsa, top fərqi hələlik "Qarabağ"dan (-2) daha pisdi (-4). Eyni sözlər "Monako"ya da aiddi (-6). 

"Qarabağ" "Liverpul"a böyük hesabla uduzsa, "Bayer" və "Monako"ya heç-heçələr də kifayət edə bilər. 

"Qalatasaray" (0) "Mançester Siti"yə səfərdə böyük hesabla uduzsa bu da "Qarabağ"ın (-2) işinə yarayar 
və "Liverpul"dan çox qol buraxmasaq türk qardaşlarımızı top fərqi ilə turnir cədvəlində qabaqlaya bilərik. 

Ağdamlıların pleyoffu hədəfləyən digər rəqiblərinə isə yalnız qələbə lazımdı.

"Kopenhagen" səfərdə "Barselona"nı, "Olimpiakos" "Ayaks"ı, PSV evdə "Bavariya"nı, "Napoli" "Çelsi"ni, "Monako" "Yuventus"u, "Atletik Bilbao" "Sportinq"i udmalıdı. 
 
PSV, "Atletik", "Olimpiakos", "Napoli" və "Kopenhagen"dən 2-si qələbə qazanmasa, "Qarabağ" növbəti mərhələyə çıxacaq. 

PSV-nin "Bavariya"nı və xüsusən "Kopenhagen"in "8-lik" uğrunda mübarizəyə davam edən "Barselona"nı səfərdə udması heç inandırıcı deyil. 

"Ayaks"a yalnız qələbə lazım olduğundan "Olimpiakos"un da Amsterdamda işi o qədər də asan görünmür. 

"Sportinq" "8-lik" uğrunda döyüşür və "Atletik"ə rahatlıqla "ağ bayraq" qaldırmayacaq.

"Çelsi"nin də "8-lik" mücadiləsi bitməyib və bu mənada "Napoli"nin də işi çətindi. 

Amma etiraf etməliyik ki, bütün bunların eyni anda yaşanması mümkünsüz görünür. 

Sports.az

Son xəbərlər
İspanlar mübarizəni dayandırdı, İngiltərə klubları yarımfinala çıxdı
Konfrans Liqası: “Maynts”la “Fiorentina” dayandı, “Şaxtyor” yarımfinala çıxdı
“Yuventus”un sabiq qapıçısı faciəvi şəkildə vəfat etdi
“Liverpul”da ciddi itki
Avropa çempionatının ilk günündə iki bürünc medal
“Napoli” Kasado ilə maraqlanır
“Neftçi” NTD-yə qalib gəldi
“Cəbrayıl” üçün danışılmış oyunlara qarşı sessiya
“Barselona” və “Milan” oyunçu mübadiləsi həyata keçirə bilərlər
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu bilindi
Premyer Liqada 30-cu turun oyun cədvəli açıqlandı
“Barselona” PSJ-nin müdafiəçisini satın ala bilər
“Meydanda xarakter göstərdik”
“Roma”nın ulduzu “Milan”a keçməyi xəyal edir
“Barselona” Bastoninin keçidi ilə bağlı təhlil aparır
“Mingəçevir”lə “Səbail”dən qələbə
Millinin futbolçuları azarkeşlərlə görüşüblər
Levandovski “Milan”a keçməyə bilər
Yarımfinalın təyinatları açıqlandı
Millimizin Andorra ilə oyununa təyinatlar açıqlandı
“Real” keçmiş futbolçusunun vəfatını bəyan etdi
“İnter” “Roma”nın müdafiəçisi ilə maraqlanır
Kazemiro “İnter Mayami” yolundadır
“Gəncə” “Ordu” üzərində qələbə qazandı
“Milan” “Bayern”in yarımmüdafiəçisindən cavab gözləyir
Fransa Futbol Federasiyasının keçmiş rəhbəri vəfat etdi
“Prezident Kuboku” ilk dəfə Sərsəngdən start götürəcək
“Mançester Yunayted” rəhbərliyi Karriklə bağlı hansı fikirdədir?
“Çelsi”nin yarımmüdafiəçisi Madriddə ev axtarışındadır
2-ci Liqada daha 3 turun oyun cədvəli açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar