Okeanları aşaraq tarix yazmağa

Okeanları aşaraq tarix yazmağa

Kanadaya yola düşərkən həyat yoldaşım sürücülük vəsiqəmi uzatdı:

- Hər ehtimala qarşı götür. Bəlkə orda özünə yaxşı iş tapdın...

Gülümsədik. 

İş axtarmağa getmirdim. Amma okeanın o tayına səfərə hazırlaşarkən, problemlərin okeanında üzürdüm.

Ən çox bu sual düşündürürdü: 

- Görəsən Azərbaycan sərhədindən buraxacaqlarmı?

FİFA-dan media akkreditasiyamın təsdiqi gələndə, bütün çətinliklərə baxmayaraq, yalnız bir fikir beynimdə dolaşırdı:

Kaş əvvəlki mundialların heç birinə getməzdim, amma bu tarixi anın canlı şahidi olardım...

Bəlkə də 2014-cü ildə futbol sehrbazlarının vətənində azərbaycanəsilli Aleksandr Səmədovun oyununu əfsanəvi "Marakana"da görmək arzum gerçəkləşməsəydi, indiyədək heç bir DÇ-yə yollanmazdım. Amma bu dəfə söhbət təkcə futbol sevgisindən, dünyanın ən böyük idman bayramını yerində yaşamaqdan getmirdi. Tarixdə ilk dəfə Azərbaycan Premyer Liqasından bir futbolçu mundialda iştirak edəcəkdi!

 

Bu düşüncələrdəykən ABŞ-də yaşayan dostum zəng etdi.


– Akkreditasiya varsa, gəlməsən olmaz. Mütləq gəl, Kanadada görüşək. Narahat olma.

Bakıdakı dostların da sayəsində Kanadaya yolum açıldı. Belə anlarda anlayırsan ki, bəzən insan arzularına təkbaşına yox, ona inananların sayəsində çata bilir.

Stadiondan axırıncı dəfə gördüyüm qarşılaşma Yevlaxda keçirilən "Ağstafa Gəncləri" – "Biləsuvar" pley-off görüşü idi. Həmin gün heç ağlıma da gəlməzdi ki, FİFA media akkreditasiyamı son anda təsdiqləyəcək və media tribunadan izləyəcəyim növbəti oyun dünya çempionatının Kanadadakı açılış matçı olacaq. Sonra isə Azərbaycan futbolunun yeni qəhrəmanının mundial hekayəsini jurnalistikamız və gələcək nəsillər üçün tarixə yazacağam. 

Çünki bəzi tarixlər topla, bəziləri isə qələmlə yazılır.

Bu gün Tovuzda və Yevlaxda, sabah Torontoda və Nyu Yorkda...

(Davamı olacaq)

Son xəbərlər
"Barselona"da Flikin əsas əvəzləyicisi o hesab olunur
Günün TV proqramı
"Sabah"la matçda het-trik edən futbolçu "Real"a keçir
Millimiz Omanı 4 qolla məğlub etdi
Millimizdən Litva ilə heç-heçə
U 20 İraqa qalib gələ bilmədi
Millimiz Farer adalarına qalib gəldi
Romariodan Ançelottiyə: "Əşyalarını yığ və rədd ol!"
"Arsenal" qapıçısı ilə anlaşıb
MS Fransa millisinin qapıçısı üçün 30 milyon avro ödəyə bilər
Xavi azarkeşlərdən üzr istədi
Fiquya prezidentlik təklifi
"Neftçi"də hakim qaydalarına dair seminar
"Kəpəz" - "Qarabağ" matçına bir günə 8400 bilet satıldı
İngiltərə klubu Kunde üçün ciddi məbləğ xərcləməyə hazırdır
"Barselona" müdafiə xətti üçün əsas hədəfini müəyyənləşdirib
Günün TV proqramı
Milli komandamız AVRO 2028-ə vəsiqə uğrunda pley-off şansını qaçırdı
Musiala geri dönür
Dövlət bəyin ölüsü də gözəldir
Millidə Emin Mahmudov erası Andorra qələbəsi ilə bitdi
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
"Mançester Siti" qışda futbolçu almayacaq
"Napoli" futbolçusu üçün təklif gözləyir
"Real" 2 futbolçusu ilə yollarını ayırmağa hazırlaşır
“Real”ın istədiyi futbolçuya 300 milyon avro qiymət qoyuldu
"Sabah"ın rəqibi İspaniya millisinin üzvünə göz dikib
“Neftçi”nin qadın komandaları üçün seminar təşkil olunub
"Neftçi" veteran futbolçularını təbrik edib
"Sabah"ın rəqibi onu satmaq fikrində deyil
DAHA ÇOX

Ən çox oxunanlar