Futbol
Kimpembe oynadı, "Qəbələ" qalib gəldi

03.08.2026 | 00:00
Yeni mövsüm hazırlıqlarını davam etdirən "Qəbələ" Qətərin “Al-Xaritiya” klubu ilə yoxlama matçına çıxıb.
Sports.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər.
Qeyd edək ki, Qətər klubunun heyətində dünya çempionu Presnel Kimpembe kimi ad-sanlı futbolçular çıxış edir.
Matç Qəbələ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ"nin heyətində Nuğay Rəşidov və Antoni Hunpe fərqləniblər.
Dünya və Çempionlar Liqası çempionu Kimpembe də komandamıza qarşı oynayıb.
Xatırladaq ki, "Qəbələ" yoxlama matçları çərçivəsində daha öncə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt"la 1:1, "İmişli" ilə 2:2 və "Şəfa" ilə isə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Son xəbərlər





























