Futbol
Nuriyev yeni komandasında oyuna çıxdı

09.08.2026 | 00:00
Macarıstan çempionatında 3-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası öz meydanında "Uypeşt" klubunu qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb.
"Kişvarda" - "Uypeşt" - 2:4
Qollar: Ç.Herts, 5, M.Matanoviç, 85 - Q.Vliyter, 5, Heytor, 32, E.Amenyido, 78, A.Matko, 90+2
Anatoli Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 77-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Uypeşt" 6 xalla ilk pillədə, "Kişvarda" isə 4 xalla 6-cı pillədə yer alıb.
Son xəbərlər





























