"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas

"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas

"Sabah"ın baş məşçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımla fəxr edirəm və onlara təşəkkür edirəm. Bugünkü qələbədə hər birinin payı var. Səfərdə məğlub olduğumuz oyundan dərs çıxardıq. Həmin matçdan sonra özümüzə inamımız daha da artdı və hazır vəziyyətə gəldik. Oyundan əvvəl də qeyd etmişdim ki, kim daha hazır olacaq və daha az səhv edəcək, növbəti mərhələyə o keçəcək. Bu gün həlledici rolu detallar oynadı. Səhvlərimizi düzgün təhlil etdik və meydanda verilən tapşırıqları doğru yerinə yetirdik. İlk hissədə rəqibə cəmi bir şans verdik və həmin epizodda qapıçımız möhtəşəm seyvlə fərqləndi. Oyunun əvvəlindən sonuna qədər daha motivasiyalı tərəf biz idik. Ritmi qoruduq və oyuna nəzarət etdik. İlk qol psixoloji baryeri aşmaq baxımından çox vacib idi. Üstünlüyü artırdıqdan sonra daha rahat oynadıq və hesabı böyüdə bildik. İndi bu qələbəni qeyd etmək, sabahdan isə yenidən hazırlığa başlamaq lazımdır. Bugünkü qələbədən çox xoşbəxtəm".

– Pley-offda hansı rəqibi istərdiniz?

– Açığı, bu barədə düşünmürəm. Hansı rəqibin bizə uyğun olduğunu bilmirəm. Əvvəlcə qarşıdakı “Kəpəz” matçına hazırlaşmalıyıq. Bu, çempionatda mövsümün ilk oyunudur. Rəqibi tanımırıq, heyətlərində yeni futbolçular var. Emosiyalar da, motivasiya da fərqli olacaq. Ona görə hazırda yalnız “Kəpəz” barədə düşünəcəyəm.

– Bu avrokubok mövsümündə ev oyunlarında qol buraxmadan qalib gəlirsiniz. Bunun səbəbi nədir?

– Bunun xüsusi resepti yoxdur. Dominant olmağa və dominant futbol oynamağa çalışırıq. Müxtəlif rəqiblərə və müxtəlif sistemlərə hazırlaşırıq. Məsələn, “Nyu-Seynts” və KuPS daha kompakt müdafiə olunurdu və onlara qol vurmaq bizim üçün çətin idi. Bu gün isə ilk qoldan sonra rəqib irəli çıxdı və boş zonalar buraxmağa başladı. Bəlkə də daha çox qol vura bilərdik. Amma futbol belədir: bəzən hər şey istədiyimiz kimi alınmır.

– Demək olarmı ki, komandaya məhsuldar mərkəz hücumçusu lazımdır?

– Bizim geniş heyətimiz var. Təxminən 10 futbolçumuz hələ start heyətində meydana çıxmayıb. Keyfiyyətli futbolçularımız da özlərini göstərəcəklər. Sərəncamımızda 25 çox yaxşı futbolçu var.

– Qarşıda uzun marafon var. Qapıçı transferi barədə düşünürsünüz?

– Bizim 4 qapıçımız var: Revan, Rauf, Amin və Stas. Üç gənc qapıçımız çox istedadlıdır və mən onlara güvənirəm. Zaman mənim haqlı olduğumu göstərəcək.

– Pley-off oyununu hansı stadionda keçirəcəksiniz?

– Bu, rəhbərliyə ünvanlanmalı sualdır. Dəqiq bilirəm ki, Masazırda oynaya bilməyəcəyik.

– Coy-Lans Mikkelsin cinahdan daha çox hücumun ucunda oynaması daha effektiv deyilmi?

– Mikkelsin müxtəlif mövqelərdə oynaya bilməsi bizim üçün çox faydalıdır. Belə universal futbolçularımın olmasına şadam. Danimarkada rəqib çoxlu ikili mübarizələrə gedirdi. Belə taktikaya qarşı üstünlük əldə etmək istəyirsənsə, daim hərəkətdə olmalısan. Orfe Mbina həmin oyunda meydana çıxaraq boş zonalar yaratdı və üstünlük qazanmağımıza kömək etdi.

Bu gün isə rəqib başqa sistemlə oynadı. Onların daha çox pressinq edəcəyini düşünürdük, amma geriyə çəkilməyə başladılar. Mikkels sol cinahda oynasa da, sərbəst hərəkət edir, daim boş məkan axtarırdı. İlk qolda onun assistindən daha çox bütün komandanın göstərdiyi təzyiqi qeyd edərdim. Bu gün meydana çıxan bütün futbolçulardan razıyam. Mbina da öz işini yaxşı gördü.

– Severina üç dəfə sol ayağı ilə zərbə vurmağa çalışdı, alınmadı və sonda sağ ayağı ilə qol vurdu. Bu, sizin tapşırığınız idi?

– Severina hər iki ayağından yaxşı istifadə edir. O, kifayət qədər təhlükəli futbolçudur. Top futbolçular həmişə rəqibi təəccübləndirməyə çalışırlar. Aaron Maluda bizə gələndə də hər dəfə eyni hərəkəti edirdi. Ona izah etdik ki, eyni hərəkətləri təkrarlamasın. Severina da bu gün fərqli şəkildə qol vurdu. Onu bu gün meydana buraxarkən daha çox qapıya zərbə endirməsini tapşırmışdım.

– Qələbəni necə qeyd edəcəksiniz?

– Mənim haradasa nəyisə qeyd etdiyimi görən olub? Bu, bizim işimizdir. Qələbənin qeyd olunması artıq başa çatıb. Evə gedəcəyik, növbəti rəqiblərin oyunlarına baxacağıq, təhlillər aparacağıq. Hazırda düşündüyüm əsas şeylər bunlardır.

Son xəbərlər
"Sabah"ın rəqibinin futbolçusu dünya çempionatındakı çıxışından narazı qalıb
"Milan" Almaniya klubunun hücumçusu ilə maraqlanır
Yunanıstan klubundan İkardiyə təklif - Rəsmi
Avropanın aparıcı klubları "Sabah"ın rəqibinin qapıçısı ilə maraqlanır
"Sabah"ın rəqibi hücumçusunu mükafatlandıracaq
"Real" Almaniya klubunun qapıçısına göz dikib
"Liverpul" tarixinin ən bahalı transferini reallaşdıra bilər
Luis Enrikedən zədələnən Hakimi ilə bağlı açıqlama
"Sabah"ın rəqibi "İnter"in müdafiəçisi ilə maraqlanır
"Çelsi" "Sabah"ın rəqibinin futbolçusu üçün 500 milyon avro ödəməlidir
Kimmixin 500-cü oyunu
Qalyardo rəsmən Ekvador millisinin baş məşqçi postunda
14 yaşlı azərbaycanlı qız Formula dünyasına doğru
Mourinyo: "Ardanın fantastik potensialı var"
Maldini qəza keçirdi, alkoqol testi müsbət çıxdı
Enrikinen "Sabah"ın rəqibinin futbolçusu ilə bağlı xahişi
Pioli tələblərini Türkiyə klubuna çatdırıb
Mourinyo: "Mən üç ay istəyirəm"
Toralın komandası liderdir
Renat debüt etdi
Muradın komandası turnir cədvəlinin zirvəsində
"Qalatasaray"dan növbəti qələbə
"Sabah"ın oyunu hansı telekanallarda?
"Old Trafford"dan sonra "SOCAR Polymer Arena", "Mançester Yunayted'dən sonra "Şəfa"
Türkiyə klubu Arauxonu icarəyə götürəcək
"Napoli" futbolçusu ilə yeni müqavilə üçün danışıq aparır
"Hətta 6:1 hesablı qələbədən sonra belə, oyunçular tənqidlə üzləşirlər"
"Sabah"ın rəqibi aparıcı futbolçusu ilə yeni müqavilə imzalayacaq
"Mənim üçün böyük dərs oldu" - Rəşad Sadıqov
Şeşko: "Sağalmışam, vəziyyət mükəmməldir"
DAHA ÇOX

Ən çox oxunanlar