Futbol
"İberiya" tarix yazdı

12.08.2026 | 10:00
UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Sports.Az xəbər verir ki, ilk gündə bir matç baş tutub. Gürcüstan təmsilçisi “İberiya” azarkeşləri önündə Şimali İrlandiyanın “Larne” komandasını qəbul edib.
Əlavə vaxta qədər uzanan görüşdə Gürcüstan komandası 2:1 hesabıyla qalib gələrək pley-off mərhələsinə vəsiqə qazanıb və ən azı Konfrans Liqasının əsas mərhələsində iştirakı təmin edib. Bu Gürcüstan klubunun tarixində bir ilkdir.
Tərəflər arasındakı ilk oyunda hesab açılmamışdı.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
İberiya (Gürcüstan) – Larne (Şimali İrlandiya) 2:1 (ilk oyun 0:0)
Son xəbərlər





























