Futbol
Kenan Yıldız ən azı 6 həftə oynamayacaq

01.09.2026 | 15:30
“Yuventus”un və Türkiyə millisinin futbolçusu Kenan Yıldız əməliyyat olunub.
Sports.az xəbər verir ki, Turin klubunun yaydığı açıqlamaya görə, 20 yaşlı hücumameylli yarımmüdafiəçi sol ayağının 5-ci daraq sümüyündə yaranmış sınıqla bağlı əməliyyat olunub. Bildirilir ki, Yıldız sabahdan etibarən reabilitasiya proqramına başlayacaq.
İtaliya mətbuatının məlumatına görə, futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, bu zədə Türkiyə millisinin planlarına da təsir edib. Yıldız bərpa prosesi səbəbindən qarşıdakı oyunlarda yığmaya kömək edə bilməyəcək.
Son xəbərlər





























