Futbol
Stina millidə

16.09.2026 | 10:00
“Kəpəz”in hücumçusu Viktor Stina Moldova millisinə çağırılıb.
Sports.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Stina Millətlər Liqasında Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr), Qazaxıstan (2 oktyabr) yığmaları ilə oyunlar üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, Stina bu yay “Kəpəz”ə transfer olunub. 28 yaşlı futbolçu Misli Premyer Liqasında 5 matçda 2 qol vurub.
Son xəbərlər





























