Futbol
Millimiz Tacikistana minimal hesabla qalib gəldi

23.09.2026 | 21:55
Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.
Sports.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı yığma Bakıda Tacikistan seçməsi ilə qarşılaşıb.
8-ci km qəsəbə stadionunda keçirilən görüşü Roman Jitarinin başçılıq etdiyi moldovalı hakimlər briqadası idarə edib.
İlk hissəsi qolsuz bərabərliklə bitən qarşılaşmada millimiz "Turan Tovuz"un qapıçısı Oleq Baklovun avtoqolu ilə 1:0 qalib gəlib.
Qeyd edək ki, bugünkü matç UEFA Millətlər Liqası çərçivəsində Litva və Lixtenşteynlə vacib oyunlara hazırlıq məqsədi daşıyıb.
Xatırladaq ki, millimiz sentyabrın 27-də səfərdə Litva ilə üz-üzə gələcək.
Yoxlama oyunu
Azərbaycan – Tacikistan 1:0
Qollar: Oleq Baklov 58 (avtoqol)
Son xəbərlər





























