"Cahangir Fərəcullayev həmişə dəstəyini verir" - Ayxan Abbasov

"Cahangir Fərəcullayev həmişə dəstəyini verir" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçirilən yoldaşlıq oyunundan (1:0) sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, mütəxəssis komandanın qələbəyə ehtiyacı olduğunu bildirib. O, xüsusilə ikinci hissədə nümayiş etdirilən tempdən razı qaldığını deyib:

“Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik. Amma ikinci hissədə dəyişikliklərdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımızı istirahət etdirdik. İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq”.

- Abdulla Xaybullayevin durumu nə yerdədir? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?

- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır.

- Cahangir Fərəcullayevlə danışırdınız. Sirr deyilsə, nə danışırdınız? Legionerlər də oynadı. Onlardan da razı qaldınız?

- Baş katib həmişə yanımızdadır, həmişə dəstəyini verir, uğurlar arzuladı. Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.

- Bu oyundan sonra sizcə hansı detallarda artırmaq lazımdır növbəti oyunöncəsi?

- Bəzi mövqelər var idi ki, bizə sual doğururdu, o futbolçuları görmək istəyirdik. Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır. Onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.

- Rəhim Sadıqov start heyətində hücumun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?

- Xeyr, bu, bizim oyun üslubumuz idi. Rəqibi pressinq edəndə iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlarda rəqibin müdafiəsini yarmaq üçün ondan gizli hücumçu kimi istifadə etmək istəyirdik.

- Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?

- Qrupda üç komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar