"Biz peşəkar komanda deyilik" - Lixtenşteynin baş məşqçisi

"Biz peşəkar komanda deyilik" - Lixtenşteynin baş məşqçisi

Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycanla keçirilən oyundan (0:0) sonra matç barədə danışıb.

Sports.az xəbər verir ki, mütəxəssis Azərbaycanda olmaqdan və komandasının əldə etdiyi nəticədən məmnun olduğunu bildirib:

 

 

"Birinci dəfədir Azərbaycandayam. Burada olmaqdan şadam. Azərbaycan mədəniyyəti ilə tanış olduq".

- Oyun başa çatdıqdan sonra böyük coşqu ilə bunu qeyd etdiniz. Bunun səbəbi nə idi?

- 40 min əhalisi olan ölkə üçün biz oyundan öncə favorit deyildik. Bu oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon avro dəyəri var. Bu gün belə nəticə əldə etməyimiz bizi sevindirdi. Ona görə də bunu böyük coşqu ilə qeyd etdik.

- Komanda hücum baxımdan yaxşı oynadı. Bu haqda nə deyərdiniz?

- Biz hər xala sevinirik. Çoxlu qol şanslarımız oldu. Amma yenə də özümüzü inkişaf etdirməli, daha yaxşı olmalıyıq. Hər oyunda inkişaf edirik. Bu gün də 2-3 qol imkanımız oldu və qalib gələ bilərdik. Təəssüf ki, alınmadı. Qarşıdakı oyunlara baxacağıq.

- Həqiqətən Lixtenşteyn millisinin üzvlərinin 80-90 faizi başqa sahələrdə çalışır və oyunlara görə milliyə qoşulurlar?

- Bəli, doğrudur, biz peşəkar komanda deyilik. Hər bir komanda kimi bizim də planımız var. Amma Lixtenşteyn millisinin futbolçularının çox az hissəsi yalnız futboldan qazandığı maaşla dolanır. Onlar başqa sahələrdə çalışaraq maaş alırlar. Amma öz planlarımız var və daim inkişaf etmək istəyirik.

Son xəbərlər
"İmişli" onlarla yolları ayırdı
Liderlər heç-heçəyə razılaşdı, "Kəpəz" səfərdə qalib gəldi
Orxan Məmmədov Bişkekdə görüşlər keçirib
Montella istefaya göndərildi - Rəsmi
Olimpiya çempionundan uğursuz çıxış
"Neftçi" "Sabah": Heyətlər
"Araz Naxçıvan" "Kəpəz"ə uduzdu
"Hypers"dən darmadağım
"Araz Naxçıvan" - "Kəpəz": Heyətlər
AFFA bu məsələdə yeganə oldu
Azərbaycan kubokunda ilk mərhələ bitir
MOİK "Mingəçevir"ə, "Şimal" "Xankəndi"yə qaqşı
"Neftçi" - "Sabah" və "Qalatasaray" - "Kasımpaşa" oyunları hansı telekanallarda?
Premyer Liqada liderlər qarşılaşacaq
"Neftçi" - "Sabah" oyununa böyük maraq - Artıq 5000 bilet satılıb
Premyer Liqada turun hakim təyinatları
Olimpiya çempionumuz tatamiyə çıxır
Cüdo millimizdən tarixi uğur
Yarışlar Hövsanda, paltardəyişmə otaqları Koroğluda... - Azərbaycan dünya çempionatını qəbul etməyə hazırlaşır
Azərbaycan FİFA U-15 dünya çempionatıbdan nə qazanacaq?
Mateus "Qarabağ" və "Sabah"dan danışdı
Azərbaycan kubokunda növbəti oyunlar keçirilib
Cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi
"Şahdağ Qusar"dan darmadağın
Azərbaycan kuboku davam edir
Elxan Səmədov "Ayın qolu"nun müəllifini mükafatlandırdı
Günün teleproqramı
Cüdoçularımızdan daha 2 medal
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır
Van Daykla bağlı qərar təxirə salınıb
DAHA ÇOX

Ən çox oxunanlar