Futbol
Belçika ilə oyundan öncə Türkiyədə ciddi itki

02.10.2026 | 19:00
Türkiyə milli komandasının heyətində ciddi itki baş verib.
Sports.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Can Uzun sıradan çıxıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat verib.
"Ayntraxt"ın futbolçusu ayağında olan ağrılara görə Belçika ilə matçın hazırlıq prosesində iştirak etməyib. Buna görə də Can oyunun heyətindən çıxarılıb.
Qeyd edək ki, Türkiyə yığması bu axşam Bakı vaxtı ilə saat 22:45-də səfərdə Belçika seçməsinin qonağı olacaq. "Ay-ulduzlular" ayın 5-də isə Bolonyada İtaliya ilə üz-üzə gələcək.
Son xəbərlər





























