Futbol
"Fənərbağça" Bakıda böyük coşquyla qarşılandı

02.10.2026 | 21:00
“Turan Tovuz”la qarşılaşacaq olan Türkiyənin “Fənərbağça” komandası Bakıya gəlib.
Sports.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun Azərbaycandakı fan-klubu, media nümayəndələri və "Turan Tovuz"un rəhbərliyi qarşılayıb.
Qardaşlıq görüşü oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.
Qeyd edək ki, 1994-cü ilə ölkəmizi qitəmiqyaslı turnirlərdə təmsil edən ilk klub kimi tarixə düşən Tovuz "Turan"ının həmin vaxt rəqibi məhz "Fənərbağça" olub.
Son xəbərlər




































