Futbol
"Turan Tovuz" - "Fənərbağça" oyununda anşlaq olacaq!

02.10.2026 | 22:00
"Turan Tovuz" ilə Türkiyənin "Fənərbağça" komandası arasında keçiriləcək qardaşlıq görüşündə anşlaq olacaq.
Sports.az xəbər verir ki, artıq oyuna 25 minə yaxın bilet satılıb.
Qalan biletlərin oyun saatına kimi satılacağı şübhə doğurmur.
Qeyd ki, azarkeşlər Birbilet.az platforması üzərindən istədikləri sektoru və yeri seçərək biletləri onlayn əldə edə bilərlər.
3, 4, 5 və 6-cı sektorlar “Turan Tovuz”un, 23, 24, 25 və 26-cı sektorlar isə “Fənərbağça”nın fan-klubları üçün ayrılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma bu axşam saat 20:00-da start götürəcək.
Əlavə edək ki, “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
Son xəbərlər





























