Futbol
"Slaviya" bu oteldə məskunlaşacaq

11.10.2026 | 10:00
Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Sabah”ın rəqibi olacaq “Slaviya”nın (Çexiya) Azərbaycana səfər proqramı müəyyənləşib.
Sports.az xəbər verir ki, Praqa təmsilçisi bu gün axşam saatlarında Bakıya gələcək.
Çexiya klubu səfər müddətində “JW Marriott Absheron Baku” otelində məskunlaşacaq.
Görüşdən bir gün öncə — oktyabrın 12-də komandanın baş məşqçisi Yindrjix Trpişovskinin mətbuat konfransı keçiriləcək.
Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Sabah” – “Slaviya” qarşılaşması saat 20:45-də start götürəcək.
Son xəbərlər





























