Futbol
"Qaradəniz derbisi" "Trabzonspor"un

11.10.2026 | 00:30
Türkiyə Super Liqasında VII turun oyunları davam edir.
Sports.az xəbər verir ki, "Trabzonspor" Qara Dəniz derbisində səfərdə "Samsunspor"un qonağı olub. Qarşılaşma Tomas Raysın yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 13-ə yüksəldən "Trabzonspor" turnir cədvəlinin IV pilləsində qərarlaşıb. 4 xalı olan "Samsunspor" isə XVI yerdədir.
"Samsunspor" - "Trabzonspor" 0:3
Qollar: Muçi, 28, Nvaivu, 39, Frankulino, 40
Son xəbərlər





























