Futbol
Cəlalın komandası "ÇFR Kluj"a uduzmadı

01.11.2026 | 22:00
Rumıniya Superliqasında 14-cü turun oyunları keçirilir.
Sports..az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “ÇFR Kluj”u qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.
“Petrolul” - “ÇFR Kluj” - 1:1
Qollar: Draziç, 5 (0:1), Bran Flores, 28 (1:1)
Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 64-cü dəqiqədə Sergiu Hankanın əvəzinə meydana daxil olub. Millimizin üzvü 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, xallarının sayını 24-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.
Son xəbərlər





























