"Gent" - "Qarabağ" matçında ixtiyar sahibi o olacaq

 "Gent" və "Qarabağ" komandaları arasında Belçikada keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Sports.az xəbər verir ki, matç Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.​​​​​

Baş hakim Uilyam Kollama Frensis Konnor və David Rum laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikolas Uolş yerinə yetirəcək.

İngiltərəli Devid Kut VAR hakimi, Li Betts isə onun köməkçisi olacaq.

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar