Güləş/Cüdo
Sərbəst güləşçimiz Paris-2024-ü medalsız başa vurdu
09.08.2024 | 17:15
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.
Sports.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi - Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.
O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.
Olimpiada avqustun 11-də başa çatacaq.