Bakıdakı dünya kubokunun açılış mərasimi keçirildi

Bakıda yunan-Roma güləşi üzrə dünya kubokunun açılış mərasimi keçirilib.

Sports.az xəbər verir ki, Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, həmçinin UWW Avropanın prezidenti Karl-Martin Ditman iştirak ediblər.

Yarış haqqında məlumat verildikdən sonra Fərid Qayıbov çıxış edib. Qonaqları salamlayan nazir güləşin Azərbaycanda ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: "Bu növdə kifayət qədər yaxşı nəticələrimiz var. Azərbaycan Güləş Federasiyası da çox fəaldır. Dünya kubokunun təşkilatçılığı da bunu deməyə əsas verir. Dövlətin güləşə və idmana qayğısı var. Dünən Bakıda cüdo üzrə “Böyük Dəbilqə”nin açılışında iştiraş etdik. Bu gün isə başqa irimiqyaslı turnir başlayıb. İdman daim dövlətimizin və Prezidentin diqqətindədir. Bu yarışda və gələcəkdə digər turnirlərdə mübarizə aparacaq idmançılarımıza uğurlar arzulayıram".

Karl-Martin Ditman yarışın əhəmiyyətindən danışıb və UWW prezidenti Nenad Laloviçin adından salamlarını çatdırıb.

Daha sonra açılış mərasimi bədii hissə ilə davam edib. İlk olaraq meydana Azərbaycanın, daha sonra isə digər ölkələrin bayraqları gətirilib.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar