“Böyük Dəbilqə”: Hidayətlə Səiddən qızıl medal!

Bakıda Heydər Əliyev adına idman arenasında təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turniri ddavam edir.

Sports.az xəbər verir ki, turnirin ikinci günündə qadınların yarışında -63 kq və 70 kq çəki dərəcələrində 4 cüdoçumuz, kişilərin mübarizəsində isə -73 və -81 kq çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov və 81 kq-da yarışan Səid Mollayi adlarını həlledici mərhələyə yazdırıblar. Heydərov finalın bir addımlığında ispaniyalı Salvador Rokanı, Mollayi isə macarıstanlı Attila Unqvarini yenib. Hidayət finalda kanadalı Artur Margelidonla, Səid isə belçikalı Mattias Kasse ilə qarşılaşıb. Hər iki cüdoçumuz həlledici görüşlərdə də qələbə qazanıb və qızıl medala sahib çıxıblar.

Bu, Azərbaycanın turnirdə üçüncü qızıl medalı olub. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) baş mükafata yiyələnib. Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal qazanmışdı. Turnir noyabrın 6-da başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar