Azərbaycanı Tokioda yalnız bir cüdoçu təmsil edəcək

Dekabrın 3-4-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə ilin son "Böyük Dəbilqə" turniri keçiriləcək.

Sports.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yarışa bir qadın cüdoçu sifariş edib.

Həmin idmançı 48 kiloqram çəki dərəcəsində yer alan Leyla Əliyevadır.

Xatırladaq ki, turnirdə iştirak üçün hələlik 66 ölkədən ümumilikdə 319 cüdoçu qeydiyyatdan keçib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar