ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib

ACF məşqçilərin iştirakı ilə ümumrespublika seminarı keçirib

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkənin müxtəlif bölgələrindən olan 150 məşqçinin iştirakı ilə ümumrespublika seminarı keçirib.

Sports.az xəbər verir ki, görüşdə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, icraçı vitse-prezident Rəşad Rəsullu, baş katibin müavini və idman direktoru Kamran Talıbov, eləcə də performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman iştirak ediblər.

Tədbirdə növbəti ilin yarış təqvimi, tədbirlər planı, Liqa yarışları, Azərbaycan birincilikləri, kəmər imtahanlarının təşkili və yığmaların tərkibinin formalaşdırılması qaydaları müzakirə edilib.

Görüş zamanı klubların və məşqçilərin 2026-cı il üçün ACF-də qeydiyyatının vacibliyi vurğulanıb. Həmçinin region klublarına "Judo Manager" profillərinin təhvil verilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, məşqçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılması, idmançıların transferi qaydaları ətraflı izah olunub.

Görüşdə nizam-intizam məsələlərinin, məşqlər zamanı sağlamlıq və təhlükəsizlik qaydalarının ACF üçün prioritet olduğu bir daha məşqçilərin diqqətinə çatdırılıb. Yekunda region idmançıları üçün Bakıda nəzərdə tutulan təlim-məşq toplanışları və "Məktəblərdə cüdo" layihəsi barədə məlumat verilib.

Son xəbərlər
Mingəçevirdə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
AFFA-dan qadın liqalarında iştirak edəcək komandalarla görüş
Xəlilov dünya reytinqində liderliyini qorudu
“Qarabağ” İslandiyaya yollandı
MY 35 yaşlı qapıçı transfer etdi
Beynəlxalq boks turnirində Azərbaycan geniş heyətlə təmsil olunacaq
Azərbaycan kamandan oxatanları AÇ-də mübarizə aparacaqlar
"Araz-Naxçıvan" qvineyalı futbolçu transfer etdi
Basketbol hakimləri üçün təlim-seminar təşkil olunub
AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb
Vuşkoviç Premyer Liqada klubunu dəyişdi
Günün oyunları – TV
“Kürü keçək?! 5” açıq suda kütləvi üzmə yarışı keçiriləcək
Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib
“Qarabağ”ın rəqibi darmadağına üzüldü
“Qarabağ”dan azarkeşlərə müraciət
Zommerin yeni iş yeri bəlli oldu
Bayıl stadionunda yenidənqurma işləri davam edir
Azərbaycan güləşçiləri ilin son reytinq turnirində çıxış edəcəklər
"İmişli" İmanovu heyətinə qatdı
“Napoli” “Real”ın hücumçusu ilə maraqlanır
“Çelsi” hücumçusuna transfer qiyməti müəyyənləşdirdi
Fransa yarımfinalda İspaniya ilə üz-üzə
“Sabah”ın TNS-lə növbəti sınağı
“Yenilərin sayəsində güclənmişik” - Yuri Vernidub
“Arxayınlaşa bilmərik” - Dambrauskas
MY məzunundan imtina etdi
“Mançester Siti” yeniyetmə hücumçu satın aldı
“Neftçi” toplanışı məğlubiyyətlə bitirdi
“Şamaxı” portuqaliyalı futbolçu ilə gücləndi
DAHA ÇOX

Ən çox oxunanlar