Azərbaycan millisi Qoridə 3-cü oldu

Azərbaycan millisi Qoridə 3-cü oldu

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kuboku başa çatıb.

Sports.az xəbər verir ki, son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər.

Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri də Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunda iştirak ediblər.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakimlər Arzu Acalova və Rəşad Əliyev, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev beynəlxalq turnirdə ədalət təmsilçiləri sırasında yer alıblar.

Son xəbərlər
Hacı Kərimov Avropa çempionu oldu
"Karvan-Yevlax"da ayrılıq
“Şamaxı”da yeni qapıçı
“Real” Tçuameni ilə müqaviləsini yeniləmək niyyətindədir
“Barselona”nın Alvares müqabilində təklif edəcəyi məbləğ məlum oldu
“Vilyarreal”ın rəsmi futbol düşərgəsi Azərbaycanda
Azərbaycan yığması Rumıniya üzərində qələbəyə sevindi
“Fiorentina” “Udineze”nin yarımmüdafiəçisini satın alacaq
DÇ-2026-da çıxış etmiş futbolçu 25 yaşında vəfat edib
“Napoli” “Boka Xuniors”un hücumçusuna görə təklif ünvanladı
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?
“Nyukasl” “Arsenal”a qiymət “oxudu”
Günün oyunları – TV
Əvəzedicilər Liqasının yeni mövsümünə avqustun 21-də start veriləcək
Ten Haq Niderland yığmasını çalışdırmayacaq
Argentinalı hücumçu CSKA-ya keçməkdən imtina etdi
Azərbaycan komandası İtaliyada birinci oldu
Laporta Alvaresi “Barselona”ya gətirməyə çalışır
“Atletiko”dan növbəti transfer
“Napoli” hücumçusuna görə təklif aldı
“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisinin keçidini razılaşdırdı
“Mançester Siti”dən Belçika klubuna
Milli üzvü “Neftçi”dən ayrıldı
Bruno Gimarayns “Arsenal”la müqavilə razılaşdırdı
Kurtua Lyorisi geridə qoydu
“Çelsi” hücumçusu ilə müqaviləsini yenilədi
“Barselona” “Borussiya”nın hücumçusu ilə razılığa gəldi
Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
Keçmiş qapıçısı “Mançester Siti”yə qayıtdı
Xalailinin “İnter”ə keçidi tamamlanmaq üzrədir
DAHA ÇOX

Ən çox oxunanlar