Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur

Azərbaycan Güləş Federasiyası (AGF) 23 May – Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıya media tur təşkil edib.

Sports.az xəbər verir ki, səfər çərçivəsində AGF-nin Hakimlər Komitəsinin sədri Asif Şirəliyev media nümayəndələri ilə görüşərək güləş idman növünün tarixi, növləri və əsas qaydaları barədə ətraflı məlumat verib.

O, həmçinin son illərdə beynəlxalq arenada qəbul olunmuş yeniliklər, xalların qiymətləndirilməsi sistemi və hakimliklə bağlı aktual məsələlərə aydınlıq gətirib, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Güləşin təbliği və təşviqi məqsədilə keçirilən tədbirdə 1-ci kateqoriyalı hakim Əli Babayevin təşəbbüsü ilə hazırlanan “Beynəlxalq Güləş Qaydaları” kitabının təqdimatı da baş tutub. Güləşlə bağlı əsas qayda və məlumatları özündə ehtiva edən nəşrin gələcəkdə daha geniş tirajla çap edilərək müxtəlif klub və idman cəmiyyətlərində fəaliyyət göstərən məşqçilərə paylanılması nəzərdə tutulur.

Tədbir çərçivəsində media nümayəndələri arasında güləş mövzusunda maraqlı müsabiqələr təşkil olunub, qaliblər mükafatlandırılıb.

Seminardan sonra jurnalistlər Şamaxıda AGF-nin dəstəyi ilə fəaliyyət göstərən güləş zalına baş çəkərək burada yaradılmış şəraitlə tanış olublar. Media nümayəndələri məşq prosesini izləyib, məşqçilər və idmançılarla fikir mübadiləsi aparıblar.

Media turun əsas məqsədi jurnalistlərin güləş idman növü ilə bağlı biliklərinin artırılması, bu sahədə maarifləndirmənin gücləndirilməsi və güləşin ictimaiyyət arasında daha geniş təbliğinə töhfə vermək olub.

Son xəbərlər
Premyer Liqada mövsümə yekun vuruldu
“Roma” “Korintians”ın hücumçusu ilə maraqlanır
Beynəlxalq yarışın sonuncu gününün qalibləri bəlli oldu
Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda media tur
Azərbaycan karateçilərindən AÇ-də 9 medal
“Barselona” “Bayern”in ulduzuna göz dikib
“Şamaxı”nın legioneri milliyə çağrıldı
Avropa çempionatının son günündə 5 medal
Salah İtaliya A Seriyasına qayıda bilər
Vinisius “Real”dakı gələcəyi ilə bağlı qərar verib
“Haqqımda yayılan xəbərlər doğru deyil”
“İstədiyimizə nail ola bilmədik” - Füzuli Məmmədov
“Liverpul” PSJ-nin cinah hücumçusu ilə maraqlanır
“Çelsi” “Strasburq”un müdafiəçisi ilə güclənəcək
Liqa yarışına yekun vuruldu
“Qarabağ”dan ikinci transfer
Millimizin Şəki toplanışı başa çatdı
Bakı birinciliyinin qalibləri müəyyənləşdi
Mövsümün son matçında heç-heçə
Premyer Liqa uğrunda pley-off matçının başlama saatı açıqlandı
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşdi
Ronald Arauxo “İnter”lik deyil?
Pley-off oyununda nominal meydan sahibi bəlli oldu
Tarixdə 10-cu: 400-cü qol
“Real” yarımmüdafiəçisinin gələcəyi ilə bağlı qərar verdi
500-cü qol: 21 ildən sonra
30-cu ev qələbəsi
Xabi Alonso “Real”ın ulduzuna göz dikib
Gənclər Liqasının qalibləri mükafatlandırıldı
İspaniya La Liqasının ən sərrast qolçusu məlum oldu
DAHA ÇOX

Ən çox oxunanlar