Azərbaycan güləşçiləri ilin ilk sınağına hazırlaşır - VİDEO

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışını Bakıda keçir.

Sports.az xəbər verir ki, sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Olimpiya Güləş Mərkəzində həftədə 6 gün olmaqla hazırlıq prosesini davam etdirir.

Yanvarın ilk yarısında əsasən fiziki hazırlıq üzrə məşqlərə üstünlük verilirdisə, hal-hazırda daha çox taktiki-texniki çalışmalar ön plandadır. Təlim-məşq toplanışında İsveçrə, Moldova, Qazaxıstan və Polşanın sərbəst güləş üzrə milliləri də iştirak edir. Zədə və bu kimi səbəblərdən Leyla Qurbanova, Aydın Əhmədov, Rahid Həmidli və daha bir neçə güləşçi məşqlərdə iştirak etmir. Cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Rafiq Hüseynov isə fərdi məşqlərlə kifayətlənir.

Xatırladaq ki, güləşçilərimiz üçün ilin ilk yarışı Xorvatiyada keçiriləcək 1-ci reytinq turniri olacaq. Fevralın 1-dən 5-dək Zaqrebdə təşkil ediləcək beynəlxalq yarışda hər 3 güləş növü üzrə yığmalarımız iştirak edəcək.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar