Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatına start verilib.

Sports.az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib. 

Emin Cavadlı (55 kq) türkiyəli Denizhan Ogünə (5:1), almaniyalı Lenni Voernerə (16:5) və yunanıstanlı Vasileyos Papageorgiuya (9:0) qalib gələrək finala yüksəlib. Emin sabah həlledici görüşdə ermənistanlı Edqar Petrosyanla üz-üzə gələcək.

Tural Əhmədov (63 kq) 1/8 finalda gürcüstanlı Giorgi Tçikaidzeyə (0:9) məğlub olub.

Cavidan Nehmətov (77 kq) finlandiyalı Luka Kayanneyə (2:0), rusiyalı Nazar Berkovskiyə (8:0) və türkiyəli Alkan Akaraya (3:1) üstün gələrək finala vəsiqə qazanıb. Təmsilçimiz finalda ermənistanlı Samvel Terteryanla qarşılaşacaq.

Orxan Hacıyev (87 kq) inamla start verib. O, əvvəlcə Almaniya təmsilçisi Anton Buxholtsuya (9:0), daha sonra ukraynalı Vladislav Solodçukuya (11:9), yarımfinalda isə israilli İtjak Nemsadzeyə (9:0) qalib gələrək finala adlayıb. Orxan sabah birincilik uğrunda rusiyalı Mixail Şkarinlə mübarizə aparacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan Museyi-Kazım Hüseyn (130 kq) ermənistanlı Lyova Şuxyana 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz finala gedən yolda ukraynalı İvan Yankovskiyə 0:9 hesabı ilə məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. O, bürünc medal uğrunda mübarizədə türkiyəli Üzeyir Bostanla görüşəcək.
 

Son xəbərlər
Hacı Kərimov Avropa çempionu oldu
"Karvan-Yevlax"da ayrılıq
“Şamaxı”da yeni qapıçı
“Real” Tçuameni ilə müqaviləsini yeniləmək niyyətindədir
“Barselona”nın Alvares müqabilində təklif edəcəyi məbləğ məlum oldu
“Vilyarreal”ın rəsmi futbol düşərgəsi Azərbaycanda
Azərbaycan yığması Rumıniya üzərində qələbəyə sevindi
“Fiorentina” “Udineze”nin yarımmüdafiəçisini satın alacaq
DÇ-2026-da çıxış etmiş futbolçu 25 yaşında vəfat edib
“Napoli” “Boka Xuniors”un hücumçusuna görə təklif ünvanladı
Azərbaycan Basketbol Liqasının yeni mövsümünə nə vaxt start veriləcək?
“Nyukasl” “Arsenal”a qiymət “oxudu”
Günün oyunları – TV
Əvəzedicilər Liqasının yeni mövsümünə avqustun 21-də start veriləcək
Ten Haq Niderland yığmasını çalışdırmayacaq
Argentinalı hücumçu CSKA-ya keçməkdən imtina etdi
Azərbaycan komandası İtaliyada birinci oldu
Laporta Alvaresi “Barselona”ya gətirməyə çalışır
“Atletiko”dan növbəti transfer
“Napoli” hücumçusuna görə təklif aldı
“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisinin keçidini razılaşdırdı
“Mançester Siti”dən Belçika klubuna
Milli üzvü “Neftçi”dən ayrıldı
Bruno Gimarayns “Arsenal”la müqavilə razılaşdırdı
Kurtua Lyorisi geridə qoydu
“Çelsi” hücumçusu ilə müqaviləsini yenilədi
“Barselona” “Borussiya”nın hücumçusu ilə razılığa gəldi
Bakıda Avropa çempionatı ilə bağlı təşkilati məsələlər müzakirə edilib
Keçmiş qapıçısı “Mançester Siti”yə qayıtdı
Xalailinin “İnter”ə keçidi tamamlanmaq üzrədir
DAHA ÇOX

Ən çox oxunanlar