Güləş/Cüdo
Azərbaycanın son qızıl şansı

02.08.2026 | 00:00
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı sona yaxınlaşır.
Bu axşam Azərbaycanın DÇ-də qızıl medal qazanmaq üçün son şansı olacaq.
İbrahim Həsənov (51 kq) finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.
O, debütdə gürcüstanlı Giorgi Narimanidzeyi (4:2) üstələyib. Güləşçimiz 1/4 finalda hindistanlı Qovind Qovində heç bir şans tanımayıb – 10:3. Həsənov yarımfinalda isə rusiyalı İslam Kuraxmayevə 10:6 hesabıyla qalib gəlib.
Final görüşləri Bakı vaxtilə saat 18.00-dan etibarən başlayacaq.
Xatırladaq ki, bu yarışda idmançılarımız hələlik 3 gümüş və 3 bürünc medal qazanıb.
Son xəbərlər





























