"Olimpiya Oyunlarında bir səhvin bədəlini məğlubiyyətlə ödəmişəm" - Hacı Əliyev

"Olimpiya Oyunlarında bir səhvin bədəlini məğlubiyyətlə ödəmişəm" - Hacı Əliyev

Hər bir idmançımın medal qazanmasını istəyirdim, amma buna nail ola bilmədik.

Sports.az xəbər verir ki, bu fikirləri güləş üzrə U-17 sərbəst güləş millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda keçirilən dünya çempionatının nəticələrini dəyərləndirərkən səsləndirib.

Mütəxəssis bildirib ki, dünya çempionatına hazırlıq mərhələsinə baş məşqçi kimi təxminən bir ay yarım qalmış qoşulub və məşqçilik karyerasında ilk addımlarını atır.

“İdmançı kimi uğur qazanmaqla məşqçi kimi nəticə əldə etmək fərqli məsuliyyətdir. Sərbəst güləşdə ABŞ, Yaponiya, İran, Hindistan və Rusiya kimi güclü məktəblər var. Bu səbəbdən rəqabət son dərəcə gərgindir”, - deyə tanınmış idmançı qeyd edib.

Hacı Əliyevin sözlərinə görə, mundialın Azərbaycanda təşkili gənc idmançıların psixoloji durumuna gözlənildiyindən fərqli təsir göstərib: “Düşünürdüm ki, doğma azarkeşlərin dəstəyi onları daha da ruhlandıracaq. Təəssüf ki, bəzi güləşçilər bunun əksini yaşadı və görüşləri cüzi fərqlə uduzdular. Onlar hələ gəncdirlər və səhv etmələri təbiidir. Mən də idmançı karyeramda Olimpiya Oyunlarında bir səhvin bədəlini məğlubiyyətlə ödəmişəm. Buna görə onları qınamaq doğru olmaz”.

Böyük məşqçi qeyd edib ki, Avropa çempionatından əvvəl bu vəzifəyə təyin olunmağı arzulasa da, yekun qərar federasiya tərəfindən verilib. Onun sözlərinə görə, təyinatdan sonra komandanın heyətində geniş dəyişiklik edilməyib, yalnız bir çəki dərəcəsində yenilənməyə ehtiyac duyulub.

Hacı Əliyev gənc güləşçilərin həddindən artıq çəki salmasını əsas problemlərdən biri kimi qiymətləndirib.

“Federasiya ilə razılaşmışıq ki, normadan 3 kiloqramdan çox artıq çəkisi olan idmançılar milli komandaya cəlb edilməyəcək. Bəzi idmançılar yarışdan əvvəl 6-7 kiloqram çəki salıblar. Bu isə uşaq idmanında sağlam yanaşma hesab oluna bilməz. Məqsədimiz ilk növbədə sağlam və perspektivli idmançılar yetişdirməkdir”, - deyə Hacı Əliyev vurğulayıb.

Mütəxəssis əlavə edib ki, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək. O, uğursuz çıxış edən gənc güləşçilərin tənqid deyil, dəstək görməsinin vacibliyini vurğulayıb: “İdmanın ayrılmaz hissəsi həm qələbə, həm də məğlubiyyətdir. Gənc idmançıları sərt şəkildə tənqid etmək əvəzinə, onlara dəstək vermək lazımdır. İnanıram ki, gördüyümüz işlərin bəhrəsini qarşıdakı yarışlarda görəcəyik”. 

Son xəbərlər
"Oyuna ciddi hazırlaşmışıq" - Ponomarenko
"Qarabağ" "Sumqayıt"a 7 qol vur vurdu
Qitənin ən güclüsü Zalsburqda müəyyənləşəcək
"Qarabağ"la oyuna hansı heyətlə?
"Sabah" böyük qazanc əldə edə bilər
Çempionlar Liqasının bütün pley-off cütləri
"Tərəkəmə" ilə gəldilər, "Vağzalı" ilə...
AFFA məşqçilər kursu keçirir
"Sabah"ı təbrik edirəm" - Qurban Qurbanov
"Komanda yox, klub qurmaq istəyirik" - Maksud Adığözəlov
Konfrans Liqasında pley-offa adlayan komandalar bilinəcək
"Sabah" Çempionlar Liqasında növbəti ev oyununu harda keçirəcək?
"Sabah" UEFA reytinqinə necə təsir etdi?
UEFA Superkubokunun finalı hansı kanalda? -Teleproqram
Klublarımızın ən son transferləri
"Turan Tovuz"un biletləri satışda
"4 qol buraxmağı gözləmirdik"
"İberiya" tarix yazdı
"Fənərbağça" növbəti mərhələdə
"Sabah"ın pley-offdakı rəqibi bilindi
CSKA 1948 mübarizəni dayandırdı
"Qələbənin qeyd olunması artıq başa çatıb" -Dambrauskas
"Sabah" möhtəşəm qələbə ilə pley-offda!
"Yuventus" ukraynalı 2 qapıçı arasında seçim edir
"Bayern" Premyer Liqanın bombardirinə göz dikib
"Neftçi"dən yeni transfer
"Sevilya" İsveç çempionatının bombardirini aldı
"Barselona" Arauxonun yerinə onu nəzərdən keçirir
"Nottingem Forest" 40 milyon avroya müdafiəçi aldı
Mudrik məşqlərə qayıtdı
DAHA ÇOX

Ən çox oxunanlar