Güləş/Cüdo
İlham Əliyev İJF prezidentini təltif etdi

03.10.2026 | 14:00
Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizer Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.
Sports.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Ladislau-Marius Vizer Azərbaycanda və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görə təltif olunub.
Sərəncam oktyabrın 3-də imzalanıb.
Son xəbərlər






























