Güləş/Cüdo
Elcan Hacıyev və Murad Fətiyev mübarizəyə başlayır

08.10.2026 | 10:20
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi tatamiyə çıxacaq. Görüşlər saat 10:30-da başlayacaq.
Kişilər
90 kq
Murad Fətiyev – ilk mərhələdən azaddır.
1/32 final. Elcan Hacıyev – Aleksandr Knauf (ABŞ)
1/32 final. Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
Qadınlar
70 kq
1/32 final. Südabə Ağayeva – Ai Tsunoda-Rustand (İspaniya)
Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Son xəbərlər





























